28 May – Respublika Günü Kanadada qeyd ediləcək
24.5.2017

Mayın 28-də Kanadanın Toronto şəhərində (Toronto City Hall, Natan Filip Meydanında) Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə bayrağımız dalğalandırılacaq.

Kanada Türk Assosiasiyası Federasiyası, Kanada Türk Assambleyası və Kanada Azərbaycan Türk İcması Assosiasiyası tərəfindən təşkil ediləcək tədbir müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunacaq.

azertag.az