İslamiada: Azərbaycanın liderdiyi davam edir
22.5.2017

Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarında medal sayında liderlik edir.
Bu günədək Azərbaycan idmançıları 75 qızıl, 46 gümüş və 33 bürünc medal qazanıblar.
Azərbaycandan sonra növbəti pillədə 68 qızıl, 63 gümüş və 54 bürünc medalla Türkiyə, üçüncü yerdə isə 31 qızıl, 26 gümüş və 33 bürünc medalla İran qərarlaşıb.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.



publika.az