“YARAT” qısametrajlı film festivalına hazırlaşır
19.5.2017

Mayın 23-də “YARAT” Müasir İncəsənət Mərkəzi “Future shorts” adlı qısametrajlı film festivalına start verəcək.

Yaradıcı qruplar və fərdlər üçün meydan olan “YARAT Freestyle” proqramı çərçivəsində baş tutacaq yeni yaz mövsümü toplusunun nümayişi açıq səma altında gerçəkləşəcək. YAY Qalereyasında reallaşacaq festivalda nümayiş olunacaq filmləri kinosevərlər rus dilində subtitrlər vasitəsilə izləyə biləcək. İki gün davam edəcək festival çərçivəsində yeddi ekran əsəri təqdim olunacaq.

Qeyd edək ki, festival mövcud olduğu 12 il ərzində Yaponiyadan tutmuş Braziliyaya qədər böyük ərazidə kino pərəstişkarlarının rəğbətini qazanıb.

Həmçinin, festival bütün dünya boyu peşəkarlar və debütantlara beynəlxalq kinematoqrafiya birliyinin bir hissəsinə çevrilməyə şərait yaradır.

azertag.az