Bu axşam Bakının iki rayonunda yolcizgi xətləri yenidən rənglənəcək
28.4.2017

Bakıda avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri davam etdirilir. Müvafiq işlər bu axşam saat 22:00-dan etibarən Nərimanov rayonu, Ağa Neymətulla küçəsində, Səbail rayonunun isə Azərbaycan prospekti və Şıxəli Qurbanov küçəsində davam etdiriləcək.
Bu, “Azəravtoyol” ASC-nin Mətbuat Katibliyindən verilən məlumatda bildirilib.
"İşlərin səhər saatlarınadək yekunlaşdırılması nəzərdə tutulub. "Azəravtoyol” sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını xahiş edir", - məlumatda əlavə edilib.



report.az