Rəssamlar İttifaqı rəsm müsabiqəsi elan edib
27.4.2017

Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar Azərbaycan Rəssamlar İttifaqı rəssamlar arasında rəsm müsabiqəsi elan edib. Müsabiqədə yalnız ittifaqın üzvü olan fırça ustaları iştirak edəcək.

Bu barədə Azərbaycan Rəssamlar İttifaqının məsul katibi, Əməkdar İncəsənət Xadimi Rafiq Kərimov məlumat verib.

“Təqdim olunacaq əsərlər üçün ölçü məhdudiyyəti yoxdur. Sənət əsərləri İslam dini və idman mövzusunda olmalıdır. İştirak etmək istəyənlər mayın 1-dək işlərini ittifaqa təqdim etməlidirlər”, - deyə R. Kərimov bildirib.

azertag.az