“Cırtdan və dostları” adlı nağıl-tamaşa səhnələşdiriləcək
27.4.2017

Aprelin 28-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə Nizami rayon Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin birgə layihəsi olan “Cırtdan və dostları” adlı nağıl-tamaşa səhnələşdiriləcək.

Kitabxanadan bildirilib ki, məqsəd uşaqların ədəbiyyata, folklorumuza, nağıllarımıza və mütaliəyə olan maraqlarını artırmaqdır.

Həmçinin teatrın foyesində dünya xalqlarının nağıllarından ibarət kitab sərgisi, istedadlı uşaqların müxtəlif dünya xalqlarının nağıllarına çəkdikləri rəsm əsərləri və əl işlərindən ibarət sərgi açılacaq.

azertag.az