Əməkdar artist Fərqanə Qasımova solo konsert verəcək
26.4.2017

Əməkdar artist, xanəndə Fərqanə Qasımova solo konsert verəcək.
Mayın 21-i Heydər Əliyev Sarayında keçiriləcək konsert görkəmli sənətkar, xalq artisti Alim Qasımovun 60 illik yubileyinə həsr olunub.

Bakıda 4-cü İslam Həmrəyliyi Oyunlarının keçirildiyi müddətdə gerçəkləşəcək konsertdə yeni əsərlərə də yer veriləcək.



apa.az