Həmvətənimiz Amerika Muğam Cəmiyyətinin “Təşəkkürnamə”sinə layiq görülüb
26.4.2017

Həmvətənimiz Pərvin Muradova Amerika Muğam Cəmiyyətinin “Təşəkkürnamə”sinə layiq görülüb.

Bu barədə məlumat “facebook” şəbəkəsinin “Jevdet Hajiyev, composer” səhifəsində yer alıb.

Azərbaycan musiqi mədəniyyətinin xaricdə təbliğinə verdiyi dəyərli töhfəyə görə “Təşəkkürnamə”yə layiq görülən P. Muradova görkəmli bəstəkar Cövdət Hacıyevin qızıdır. O, hazırda Florida Universitetində fortepiano kafedrasının professorudur.

azertag.az