Bakıda I Azərbaycan-ərəb işgüzar forumu keçiriləcək
24.4.2017

"Bu il oktyabrın 21-23-də Bakıda I Azərbaycan-ərəb işgüzar forumu keçiriləcək".
Bunu “Azərbaycan-Ərəb ölkələrinin əməkdaşlığı” İctimai Birliyinin sədri Elşən Rəhimov bildirib.
Onun sözlərinə görə, tədbirə 300 ərəb iş adamı qatılacaq: "Bu forumun hər il keçiriləcək bir foruma çevrilməsı planlaşdırılır".
E.Rəhimov həmçinin deyib ki, Azərbaycan iş adamlarının bu ilin iyul ayında ərəb ölkələrinə işgüzar səfərləri təşkil olunacaq: "İlk növbədə iş adamlarının Qətər, Səudiyyə Ərəbistanı, BƏƏ-yə səfərləri olacaq: "İş adamlarının ərəb ölkələrində ticarət palatalarının rəhbərləri, işgüzar dairələrlə görüşü baş utacaq".
Türk-Ərəb İqtisadi və Strateji Əməkdaşlıq Dərnəyinin rəhbəri Məhəmməd Al-Adil isə qeyd edib ki, onların strategiyası Azərbaycanı bütün ərəb dünyasına, 22 ölkəyə tanıtmaqdır: "Biz 22 ölkədən investor gəlməsinə çalışırıq. I Azərbaycan-ərəb işgüzar forumuna bütün 22 ərəb ölkəsini dəvət edəcəyik".

report.az