Praqada "Nabat" filmi nümayiş olunub
21.4.2017

Ötən gün Çexiyada fəaliyyət göstərən Azərbaycan Tələbə Şəbəkəsinin təşkilatçılığı ilə Qafqaz: İnsanlar və müharibə kampaniyası çərçivəsində Praqanın məhşur Lucerna kinoteatrında Elçin Musaoğlunun rejissoru olduğu "Nabat" filmi nümayiş etdirilib.

Azərbaycanın Çexiyadakı səfirliyindən verilən məlumata görə, filmin nümayişində yerli ictimaiyyətin nümayəndələri və Azərbaycan icmasının üzvləri iştirak ediblər.


trend.az