İmmun sistemini gücləndirən bitki
21.4.2017

Exinaseya bitkisi çox tanınmış təbii immuniteti stimullaşdıran bitkidir. Elmi araşdırmalar nəticəsində sübut olunub ki, exinaseya immun mexanizmləri aktivləşdirir, orqanizmin infeksiyalara qarşı davamlılığını artırır.

Bundan əlavə bu bitki iltihab əleyhinə təsirə malikdir. Bu səbəbdən exinaseya və onun əsasında hazırlanan preparatlar böyrəklər, sidik yolları və sidik kisəsi iltihabları zamanı köməkçi müalicəvi vasitə kimi istifadə olunur. Exinaseya təbii "antibiotik"dir. Bu bitki orqanizmdə ziyanlı mikrobların çoxalmasının qarşısını almaq qabiliyyətinə malikdir.

Exinaseya toxumaların bərpasını sürətləndirir və bu səbəbdən yaraların, dəridə səpgilərin, furunkulların müalicəsində istifadə olunur. Exinaseyanın şişəleyhinə təsiri də var.

Milli.Az