FIFA-dan "Qarabağ"a təbrik
21.4.2017

FIFA "Qarabağ" futbol klubunu təbrik edib.

AFFA-nın saytına istinadən verilən məlumata görə, FIFA-nın prezidenti Canni İnfantino AFFA-nın prezidenti Rövnəq Abdullayevə ünvanladığı məktubla dünya futbol ictimaiyyəti adından "Qarabağ" klubunu Azərbaycan Premyer Liqasının 2016/2017-ci il mövsümünün qalibi olması, UEFA Çempionlar Liqasına vəsiqə qazanması, gözəl oyunu ilə azarkeşlərinə böyük sevinc yaşatması münasibətilə təbrik edib.

FIFA prezidenti "Qarabağ"a daha böyük uğurlar arzulayıb.

trend