Bakıda tanınmış heykəltəraşın sərgisi açılacaq
21.4.2017

Aprelin 25-də Azərbaycan Rəssamlar İttifaqının V.Səmədova adına sərgi salonunda tanınmış heykəltəraş Kamal Vəliyevin sənət əsərlərindən ibarət fərdi sərgisi açılacaq.

Sərgi Mədəniyyət və Turizm Nazirliyi və Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə gerçəkləşəcək.

Bir həftə davam edəcək sərgidə heykəltəraşın 40-dək sənət əsəri nümayiş olunacaq.

azertag.az