“Enmə” filmi nümayiş olunub
21.4.2017

“YARAT” Müasir İncəsənət Mərkəzində “Rəssamın seçimi” adlı layihə əsasında silsilə film nümayişinə başlanılıb.

Layihə çərçivəsində əvvəlcə tanınmış rejissor Tarsem Sinqhin “Enmə” filmi təqdim edilib. ABŞ və Hindistanın birgə istehsalı olan filmin xronometrajı 1 saat 17 dəqiqədir. Filmin baş qəhrəmanı Hollivud kaskadyoru Roy Uoker çəkiliş zamanı körpü üzərində uğursuz tryuk nəticəsində travma aldıqdan sonra ayaqları iflic olur. O, xəstəxanada müalicəsini davam etdirir və vaxtını səmərəli keçirmək üçün Aleksandriya adlı qızcığaza nağıllar danışır.

Qeyd edək ki, iştirakçılar “YARAT”da açılmış “Əziz sevgilim” sərgisini seyr etməklə yanaşı, həmin sərginin müəllifi rəssam Orxan Hüseynovun təklif etdiyi filmlərə baxa biləcəklər. Təqdim olunacaq ekran əsərləri sərginin konsepsiyasını əks etdirir.

azertag.az