"Instagram" "Android" istifadəçiləri üçün oflayn rejimi istifadəyə verdi
20.4.2017

"Instagram" sosial şəbəkəsi "Android" istifadəçiləri üçün oflayn rejimi istifadəyə verib.

"Android" əməliyyat sistemli smartfonlardan istifadə edənlər üçün "Instagram"ın bir çox funksiyaları internetə qoşulmadan da əlçatan olacaq.

Bundan sonra nəyisə bəyənmək, şərh yazmaq və dostları izləmədən çıxarmaq oflayn rejimdə də mümkün olacaq. Smartfon internetə qoşulduqda isə bütün bunlar aktiv olacaq.

lent.az