Həmvətənimizin rəhbərlik etdiyi xor Moskva Konservatoriyasında çıxış edəcək
20.4.2017

Mirzə Əsgərovun bədii rəhbəri və dirijoru olduğu M.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) akademik xoru aprelin 27-də P.İ.Çaykovski adına Moskva Konservatoriyasında “Xor musiqisi” konsert proqramında çıxış edəcək.

Bu barədə məlumat MDU-nun xorunun və Moskva Konservatoriyasının saytlarında yer alıb. Konservatoriyanın xor ifaçılığı sənəti kafedrasının təşkilatçılığı ilə reallaşacaq konsert proqramında Moskvanın digər xor kollektivləri də iştirak edəcəklər.

azertag.az