Xalq yazıçısı Çingiz Abdullayevlə görüş
29.3.2017

Beyləqan rayon Heydər Əliyev Mərkəzində Xalq yazıçısı Çingiz Abdullayev və şair Xəyal Rza ilə mədəni-maarif işçilərinin görüşü keçirilib.

Beyləqan rayon Mədəniyyət Mərkəzinin “Araz” Ədəbi Birliyinin sədri Asif Cəfərli Çingiz Abdullayevin ən çox oxunan detektiv yazarlardan biri olduğunu qeyd edərək, yazıçının zəngin ədəbi yaradıcılığından söz açıb. Bildirib ki, Çingiz Abdullayevin əsərləri nəinki Azərbaycanda, eləcə də dünyanın bir çox ölkəsində böyük məhəbbətlə oxunur.

Tədbirdə çıxış edən Ç.Abdullayev yaradıcılığının əsas istiqamətləri barədə danışıb, gənclərə klassik və müasir yazıçılarımızın əsərlərini, dünya ədəbiyyatını oxumağı tövsiyə edib. Xalq yazıçısı tədbir iştirakçılarının suallarını cavablandırıb.

Sonda xatirə şəkli çəkdirilib.

azertag.az