"Expressbank" "TaxFree4U" xidmətinə qoşulub
28.3.2017

"Expressbank"ın plastik kartları artıq "TaxFree4U" xidmətini dəstəkləyir.

Bankdan verilən məlumata görə, müştərilər "Expressbank"ın plastik kartları ilə Avropanın aparıcı ölkələrində ƏDV ödəyicisi kimi qeydiyyatdan keçmiş satış nöqtələrində alış-veriş edərkən, hava limanlarında növbə gözləmədən, əlavə sənədlər təqdim etmədən ƏDV vergisini plastik kartlarına geri alacaqlar.

"TaxFree4U" şirkəti tərəfindən yaradılmış xüsusi mobil applikasiya Avropanın 6 ölkəsində (Almaniya, Böyük Britaniya, Fransa, İtaliya, Finlandiya və İspaniya) alış-veriş zamanı ƏDV-nin qaytarılmasını asanlaşdırır. "TaxFree4U" xidmətinə qoşulmaq üçün "Expressbank"ın filiallarında müştəriyə təqdim olunan müvafiq Promokod vasitəsi ilə "TaxFree4U" mobil əlavəni yükləməklə qeydiyyatdan keçmək, alış-veriş qəbzlərini bu proqram vasitəsi ilə "Taxfree4u" şirkətinə göndərmək gərəkdir. Müştəri hava limanında alış-veriş qəbzlərinin əslini təqdim etdikdən sonra öz ölkəsinə geri dönür və poçt vasitəsi ilə sənədləri "TaxFree4U" şirkətinə yollayır. Sənədlər icraya qəbul edildikdən sonra 48 saat ərzində ƏDV vergisi müştərinin plastik kart hesabına oturur.

"Expressbank"ın plastik kartları ilə həm ölkədaxili, həm xaricdə alış-veriş zamanı qazanc imkanını qaçırmayın.

Qeyd edək ki, “Expressbank”ın plastik kartlarına sahib olmaq istəyən müştərilər Visa Electron / Maestro kartlarını 6 AZN, Visa Classic / MasterCard Standart kartlarını isə 8 AZN-ə əldə edə bilərlər. Həmçinin hesaba minimum 400 AZN ilkin mədaxil etməklə Visa Gold / MasterCard Gold, 800 AZN ilkin mədaxillə isə Visa Platinum / MasterCard Platinum kartlarını pulsuz sifariş etmək mümkündür.

"Expressbank"ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 6000-dək POS terminal və 500-dən artıq ExpressPay ödəniş terminalı vardır.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

trend