Topaz Premyer Liqasının XXIV turunun ilk oyununda “Sumqayıt” komandası “Neftçi” ilə qarşılaşacaq
28.3.2017

Futbol üzrə Topaz Premyer Liqasında XXIV turun oyun cədvəli müəyyənləşib.

Turun görüşləri eyni gündə keçiriləcək.

Turun açılış matçı aprelin 2-də saat 16:30-da Sumqayıt şəhərinin eyni adlı komandası ilə “Neftçi” arasında oynanılacaq. Günün ikinci oyununda saat 17:00-da “İnter Arena”da paytaxtın “İnter” və “AZAL” komandaları üz-üzə gələcəklər.

Çempionatın lideri Ağdamın “Qarabağ” komandası “Azersun Arena”da “Kəpəz”i qəbul edəcək. Qəbələ şəhər stadionunda “Qəbələ” klubu isə “Zirə” ilə qarşılaşacaq. Hər iki görüş saat 18:30-da başlayacaq.

azertag.az