"Bank of Baku" nağdsız ödənişlər üzrə lider bank seçilib
17.3.2017

"Bank of Baku" artıq 4-cü ildir ki, ardıcıl olaraq, Mərkəzi Bank tərəfindən keçirilən müsabiqədə “Nağdsız ödənişlər üzrə lider bank” nominasiyasının qalibi olaraq seçilir.

Bankdan verilən məlumata görə, 2013-cü ildən etibarən, Mərkəzi Bankı ölkədə nağdsız ödənişlərin, müasir texnologiyadan istifadənin genişləndirilməsinin təşviqi məqsədilə müxtəlif layihələr və müsabiqələr təşkil edir.

Azərbaycan Banklar Assosiasiyasının təşkilati dəstəyilə keçirilən sayca 4-cü müsabiqədə "Bank of Baku" öncəki illərdə olduğu kimi, bu il də nağdsız ödənişlər üzrə ölkənin lider bankı adını qoruyub saxlaya bilib. Bununla yanaşı, “Elektron ticarətin inkişafında lider bank” nominasiyası üzrə də 2-ci yerə layiq görülən Bank, qaliblər sırasında yer alıb.

Bankın “Rəqəmsal Bankçılıq və Layihələrin İdarəedilməsi departamenti”nin direktoru Anar Abbasov bildirib: “Elektron bankçılığın inkişafı sahəsində fəaliyyətimizi genişləndirərək, müştərilərimizin filiala gəlmədən xidmətlərimizdən 24/7 rejimində istədikləri an faydalana bilməsi üçün çalışırıq. Bu istiqamətdə fəaliyyətimizin əsas məqsədi müştərilərimizin bankomatlar, ödəniş terminalları, e-kommersiya xidmətləri, internet bankçılıq, mobil bankçılıq, sms bankçılıq və digər elektron bankçılıq xidmətlərindən istifadə edərək əməliyyatlarını daha rahat şəkildə icra etmələrinə dəstək olmaqdır.”

Daha ətraflı:

145 məlumat mərkəzi

www.bankofbaku.com

www.facebook.com/bankofbaku

trend.az