İqtisadiyyat Nazirliyi "Heydər Əliyev və iqtisadi islahatlar" mövzusunda yaradıcılıq müsabiqəsi elan edir
17.3.2017

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar KİV nümayəndələri arasında "Heydər Əliyev və iqtisadi islahatlar" mövzusunda yaradıcılıq müsabiqəsi elan edir.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, müsabiqəyə təqdim ediləcək məqalələr 8 min işarədən, televiziya və radio süjetləri isə 3 dəqiqədən az olmamalı, Azərbaycanda dövlət qeydiyyatına alınmış KİV-də yerləşdirilməli, materialların sonunda "İqtisadiyyat Nazirliyi tərəfindən KİV nümayəndələri arasında elan edilmiş yaradıcılıq müsabiqəsinə təqdim edilir" qeydi göstərilməlidir.

Materiallar KİV nümayəndəsinin vəsiqəsinin surəti ilə birlikdə aprelin 20-dək İqtisadiyyat Nazirliyinə təqdim edilməli və elektron formada vusala.guliyeva@economy.gov.az ünvanına göndərilməlidir.

Müsabiqənin qalibləri mükafatlandırılacaqlar.

azertag.az