Ötən il Azərbaycana səfər edən Rusiya vətəndaşlarının sayı açıqlanıb
17.3.2017

Ötən il 31,7 mln. Rusiya vətəndaşı xaricə səfər edib ki, bu da 2015-ci illə müqayisədə 8% azdır. Bu barədə "Intrefax" agentliyi Rusiyanın Federal Statistika Xidmətinin açıqladığı rəqəmlərə istinadən yazır.

Rusiya vətəndaşları üçün ən populyar istiqamətlər bunlardır: Finlandiya (2,9 mln. nəfər), Qazaxıstan (2,8 mln. nəfər), Ukrayna (1,8 mln. nəfər), Çin (2,9 mln. nəfər), Estoniya (1,5 mln. nəfər), Almaniya (1,1 mln. nəfər), Polşa (1,1 mln. nəfər), Tailand (867 min nəfər), Kipr (813 min nəfər).

İlk iyirmiliyə düşən Azərbaycan isə 17-ci yerdə qərarlaşıb. Hesabat dövründə Azərbaycana 672 min Rusiya vətəndaşı səfər edib.

apa