Astiqmatizm. Səbəblər və müalicə
17.3.2017

Gözün refraktiv qüsurlarından biri olub yaxın və uzaq məsafəni dumanlı görməklə xarakterizə olunur.
Gözə düşən işıq şüaları gözün buynuz qişa, bullur, vitrus adlandırılan şüakeçirici mühitlərindən keçərək torlu qişa adlandırdığımız gözun daxili qatında fokuslanr. Astiqmatizm zamanı vahid fokus nöqtəsi olmur və o uzdən həm yaxın, həm də uzaq görmə qarışıq, yayğın şəkildə olur.
Astiqmatizmin corneal və lentikulyar növləri vardır. Corneal astiqmatizm anadangəlmə olur və ya sonradan yarana bilər. Anadangəlmə astiqmatizmdə buynuz qişa şəffaf olsa da asferik formada olur. Astiqmatizm yüksək dərəcədə olduqda göz tənbəlliyi yaranır.

saglamolun.az