“CinemaPlus Azerbaijan” kinoteatrında Ulduzlu “Kino gecə” olacaq
17.3.2017

“CinemaPlus Azerbaijan” kinoteatrında fevralın 17-dən 18-nə keçən gecə üç filmdən ibarət Ulduzlu kinomarafon keçiriləcək.
23:30-dan səhər saat 6:00-dək qonaqlar üçün “Super Alibi”, “Bayram axşamı” və “Stalinin Başı” filmləri nümayiş olunacaq.
“Super Alibi” filmi “Cinemazadeh” studiyasında məşhur aktyorlar tərəfindən azərbaycan dilinə dublyaj olunub. Həmin aktyorları “Kino gecə”də görmək mümkün olacaq. Həmçinin, tədbirdə “Bayram axşamı” və “Stalinin Başı” filmlərinin aktyor heyəti də iştirak edəcək.
Seanslar arası fasilələrdə musiqi müşaəti, furşet masası, alkoqollu və alkoqolsuz içkilər masası olacaq, müsabiqələr keçiriləcək.
Biletləri “CinemaPlus Azerbaijan” kinoteatrının kassalarından əldə etmək olar.
Biletin qiyməti: 25 AZN. VIP 40 AZN
Əlavə məlumat: 012 499 89 88 və ya 119

report.az