“Nokia” “Snapdragon 660” bazasında smartfon buraxacaq
16.3.2017

“Nokia” brendinin sahibi HDM şirkəti metal korpuslu “Nokia 7” və “Nokia 8” smartfonları istehsal etməyi planlaşdırır.

Yeni smartfonlar “Snapdragon 660” prosessor çipi ilə istehsal ediləcək. Cihazlardan biri şəkilləri “Quad HD” formatında açmaq funksiyasına malik olacaq, digəri isə standart “Full HD” formatında olacaq.

Bundan başqa, HDM mühəndisləri fotokameralar və barmaq izləri skanerləri üçün sensorları yaxşılaşdıracaq.

lent.az