Futzal üzrə Azərbaycan və Moldova yığmaları Bakıda üz-üzə gələcəklər
16.3.2017

Futzal üzrə Azərbaycan milli komandası martın 29-da və 30-da Moldova yığması ilə yoldaşlıq oyunu keçirəcək.

AFFA-ya istinadla xəbər verilir ki, Bakı İdman Sarayında keçiriləcək hər iki qarşılaşma saat 18:30-da başlayacaq.

Oyunlar “CBC Sport” televiziya kanalında canlı yayımlanacaq.

azertag.az