Dövlət Komitəsi müsabiqə elan edib
16.3.2017

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Nərimanov rayonu, E.İsaqzadə qəsəbəsi, 7-ci köndələn ünvanında yerləşən Milli Metrologiya Mərkəzinin yeni inzibati binasının ərazisində landşaft dizayn işləri ilə bağlı müsabiqə elan edib.

Bu barədə Komitədən məlumat verilib.

Müsabiqədə iştirak etmək istəyən şirkətlər cari ilin 10 aprel tarixinədək aşağıdakı əlaqə vasitələrindən istifadə edə bilər. Əlaqələndirici şəxs Anar Haqverdiyev: telefon: (+994 55) 739 87 24, e-mail:a.akhverdiev@azstand.gov.az.

trend