Makedoniyanın birinci xanımı Maya İvanova Azərbaycan Xalça Muzeyində olub
16.3.2017

Makedoniya Respublikasının birinci xanımı Maya İvanova Azərbaycan Xalça Muzeyinin qonağı olub.
Muzeydən verilən məlumata görə, muzeyin direktoru Şirin Məlikova xanım İvanovanı Azərbaycan xalçası və digər dekorativ-tətbiqi sənət nümunələrinin sərgiləndiyi ekspozisiya və zərgərlik fondu ilə tanış edib.
Sonda qonağa muzeyin yeni nəşri olan, “Azərbaycan Xalça Muzeyinin kolleksiyasından: Lətif Kərimovun müəllif əsərləri” kitabı hədiyyə olunub.

report.az