Naxçıvan Beynəlxalq Hava Limanının xidmətlərindən 14 mindən çox sərnişin istifadə edib
15.3.2017

Naxçıvan Beynəlxalq Hava Limanının xidmətlərindən ötən ay 14 mindən çox sərnişin istifadə edib.
Naxçıvan Beynəlxalq Hava Limanının mətbuat xidmətinə istinadən xəbər verilir ki, fevral ayında yerli hava xətti ilə 14 min 63 sərnişin, 194 min 253 kiloqram baqaj, 29 min 886 kiloqram yük və 2706 kiloqram poçt daşınıb. Beynəlxalq hava xətti ilə Naxçıvan-Moskva reysi üzrə 154 sərnişin, 1363 kiloqram baqaj, Naxçıvan-İstanbul reysilə 215 sərnişin və 1847 kiloqram baqaj daşınıb.

report.az