Sahibkarlar Almaniyada keçiriləcək "Drinktec 2017" sərgisinə dəvət ediliblər
15.3.2017

Almaniyada içki və maye qida sənayesi üzrə dünyanın aparıcı ticarət sərgisi olan “Drinktec 2017” keçiriləcək.
Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (“Azpromo”) məlumat verilib.
Münhen şəhərində baş tutacaq sərgi sentyabrın 11-dən 15-dək davam edəcək. Dörd ildən bir keçirilən “Drinctec 2017” sərgisi dünya miqyasında bir nömrəli platforma sayılır. Tədbirdə istehsalçılar istehsal üçün son texnologiyaları, bütün növ içkilərin doldurulması və qablaşdırılması, xammal, logistika həlləri daxil olmaqla məhsul və xidmətlərini nümayiş etdirir.
Azərbaycanda fəaliyyət göstərən işgüzar dairələr tədbirdə iştiraka dəvət olunur. Sərgidə iştirak etmək istəyən sahibkarlar ətraflı məlumat üçün Alman-Azərbaycan Xarici Ticarət Palatasına (tel.: +99412 4483995, e-poçt: mail@ahk-baku.de) müraciət edə bilərlər.

report.az