“Zaman adlı qatar” filmi “YARAT”da
13.3.2017

Martın 14-də “YARAT” Müasir İncəsənət Mərkəzində “Zaman adlı qatar” filmi nümayiş olunacaq.

Rejissor Kənan Musayevin ekranlaşdırdığı film ailə-məişət mövzusundan bəhs edir. Ekran əsəri 2016-cı ildə çəkilib.

“YARAT” Film Klubunun təqdim etdiyi ekran əsərində, həmçinin bir-birini sevən iki gəncin başına gələn hadisələrdən danışılır.

Filmin nümayişində hər kəs iştirak edə bilər.

azertag.az