Kamera və orqan musiqisi zalında klassik musiqi axşamı
13.3.2017

Martın 14-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalında “Mədəniyyət” kanalının birgə təşkilatçılığı ilə klassik musiqi axşamı təşkil olunacaq.

Filarmoniyadan bildirilib ki, konsertdə bədii rəhbər və baş dirijor, Əməkdar Artist Faiq Sadıqovun rəhbərliyi ilə Azərbaycan Televiziyası və Radiosunun Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestri çıxış edəcək. Solist tanınmış tarzən Səbuhi Cəfərovdur.

Konsertdə Q.Qarayev, H.Xanməmmədov, S.Ələsgərov, V.Adıgözəlov, O.Kazımi və digər bəstəkarların əsərləri səsləndiriləcək.

azertag.az