Azərbaycanlı violonçelçalan İngiltərədə konsert proqramı ilə çıxış edəcək
13.3.2017

Violonçelçalan, beynəlxalq mükafatlar laureatı Camal Əliyev iyunun 16-da İngiltərədə Qərbi Susseksdə “Champs Hill” zalında konsert proqramı ilə çıxış edəcək.

Camal Əliyevin saytına istinadla xəbər verilir ki, onu fortepianoda Daniel Evans müşayiət edəcək. Konsertdə L.Betxoven, İ.Brams, S.Raxmaninov və D.Şostakoviçin əsərləri səsləndiriləcək.

Camal Əliyev Türkiyə, Böyük Britaniya, Fransa, İsveçrə, Çin və başqa ölkələrdə bir sıra beynəlxalq festivallarda iştirak edib, solo konsertlər verib. O, Azərbaycan tarixində ilk dəfə BBC radiosunda orkestrin müşayiəti ilə solo çıxış edib, “BBC Introducing Classical Artist” proqramının iştirakçısı olub.

azertag.az