Fransa saytında Azərbaycan caz musiqisi ilə bağlı sənədli film yerləşdirilib
13.3.2017

Fransanın www.luxe-infinity.com saytında ölkəmizdə caz musiqisinin tarixinə və inkişafına dair “Digər caz ölkəsi - Azərbaycan” adlı sənədli film yerləşdirilib.

Filmdən əvvəl məlumat verilərək, ölkəmiz neft ehtiyatları, paytaxtı Bakı və “Odlar Yurdu” adı ilə daha çox tanınsa da, onun eyni zamanda, zəngin mədəni irsi, coğrafiyası və Şərqlə Qərb arasında körpü olduğu vurğulanıb, musiqi mədəniyyətimizdən söz açılıb.

Bildirilir ki, Azərbaycanlılar musiqiyə, xüsusilə də caz musiqisinə çox bağlıdırlar, onlar milli musiqi - muğamdan ilhamlanaraq Şərq çalarlıqlarını əks etdirən caz musiqisi yaradıb.

Sənədli filmdə afro-amerika köklü caz musiqisinin ikinci vətəni Azərbaycan olduğu qeyd olunub. Azərbaycanlı cazmenlər və caz musiqisinin yaranmasından bəhs edilib.

azertag.az