Dinara Əliyevanın “Opera Art” Beynəlxalq Festivalının konsertlərindən biri rus romanslarına həsr olunacaq
10.3.2017

Dinara Əliyevanın “Opera Art” İkinci Beynəlxalq Musiqi Festivalı çərçivəsində martın 16-da P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının böyük zalında “Rus romansları” konsert proqramı təqdim ediləcək.

Festivalın rəsmi saytına istinadla xəbər verilir ki, konsertdə rus bəstəkarlarının romanslarını festivalın bədii rəhbəri, Azərbaycanın Əməkdar Artisti Dinara Əliyeva (soprano) ifa edəcək. Onu Rusiyanın Əməkdar Artisti Lyubov Venjik (fortepiano) və beynəlxalq mükafatlar laureatı Pyotr Karetnikov (violonçel) müşayiət edəcək. Konsertdə P.Çaykovski, R.Qlier, N.Rimski-Korsakov və S.Raxmaninovun romansları səsləndiriləcək.

“Opera Art” İkinci Beynəlxalq Musiqi Festivalı aprelin 13-də başa çatacaq.

azertag.az