“Google” ən populyar mobil əlavələri elan etdi
9.3.2017

“Play Store Google” 5 illiyi münasibətilə ən populyar mobil əlavə və oyunların siyahısını dərc edib.

“Mashable” nəşrinə istinadən verilən məlumata görə, ilk iki yeri, gözlənildiyi kimi, “Facebook” və “Facebook Messenger” tutublar. Üçüncü yerdə isə “Pandora Radio” internet radiosu qərarlaşıb.

Siyahıda dördüncü və beşinci yerləri müvafiq olaraq “Instagram” və “Snapchat” əlavələri tutublar.

Ayrıca bir siyahıya isə ən populyar oyunlar daxil edilib. İlk beş yeri “Candy Crush Saga”, “Subway Surfers”, “Temple Run 2”, “Despicable Me” və “Clash of Clans” kimi hitlər tutublar.

lent.az