Yeni “Nokia 3310”a böyük tələbat yaranıb
9.3.2017

Əfsanəvi “Nokia 3310” modelinin yenilənmiş versiyasına sifarişlərin sayı gözləntiləri üstələyir.

“Actualnews.org” saytına istinadən verilən məlumata görə, bu barədə “Carphone Warehouse” onlayn mağazasının nümayəndələri bildiriblər.

Mənbə dəqiq məlumatlar verməsə də, cihaza böyük tələbatın olduğunu söyləyib.

Yeni “”Nokia 3310” Barselonadakı “MWC 2017” sərgisi zamanı təqdim edilib. Tərtibatçılar tanınmış modeli yeni plastiklə təchiz edib və dizaynı üzərində ciddi işləyiblər.

Qeyd edilir ki, telefonunun təqdimatından sonra “Nokia” brendi ilə bağlı axtarış sistemlərində sorğular təxminən 800 faiz artıb. Bununla belə, əksər istifadəçilər “Snake” oyunu ilə maraqlanıblar.

Adıçəkilən telefon bir sıra çatışmazlıqlara da malikdir. Onların arasında bu seqment üçün qiymətin yüksək olması, həmçinin yalnız GSM 900 və 1 800 MHs şəbəkəsində işləməsidir.

lent.az