Xalça Muzeyində “Novruz ənənələri” adlı seminar təşkil olunacaq
9.3.2017

Martın 11-də Azərbaycan Xalça Muzeyində “Novruz ənənələri” adlı seminar təşkil olunacaq.

Muzeydən bildirilib ki, seminar Bakı Dövlət Universitetinin professoru Şirin Bünyadovanın rəhbərliyi ilə aparılacaq. Seminar çərçivəsində mühazirələr də dinlənəcək. Mühazirələrdə Novruz bayramının yaranma tarixi və Novruz adət-ənənələrindən danışılacaq.

Azərbaycan dilində aparılacaq mühazirələrdə hər kəs iştirak edə bilər.

azertag.az