Avstraliyada "qadın" işıqforlar peyda olub
9.3.2017

Avstraliyada "qadın" işıqforlar quraşdırılıb.
Bu barədə "Herald Sun" məlumat yayıb.
Nəşrin yazdığına görə, işıqforlardakı kişi siluetlərinə ətək əlavə edildikdən sonra onlar qadınabənzər şəkil alıblar. Bu kampaniya "Gələcəyin fokus qrupu" adlı ictimai təşkilatın təklifi ilə Viktoriya ştatında gender bərabərliyinin təmin edilməsi məqsədilə keçirilib.
Eksperiment bir il davam edəcək, aksiya Melburnda baş tutub. Şəhərdə ümumilikdə 10 belə işıqfor quraşdırılıb.

report.az