İtaliyalı qonaq Milli Kitabxanada olub
9.3.2017

İtaliya və Azərbaycanın Mədəniyyət və Turizm nazirliklərinin Avropa İttifaqı (Aİ) ilə birgə icra etdiyi “Mədəniyyət sektorunun siyasəti və idarə olunması sisteminin modernləşdirilməsində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə dəstək” adlı Tvinninq layihəsi çərçivəsində İtaliya Milli Kitabxanasının arxiv və fotoqrafiya şöbəsinin işçisi xanım Paola Puglisi Milli Kitabxanada olub.

Qonaq kitabxananın direktoru Kərim Tahirovla görüşüb.

Kitabxanadan bildirilib ki, görüşün əsas məqsədi kitabxanaların idarə olunması istiqamətinin hüquqi əsaslarını müəyyənləşdirməkdən ibarət olub.

Kərim Tahirov qonağı maraqlandıran bütün suallara aydınlıq gətirib.

Sonra xanım P.Puglisi kitabxananı gəzib, burada quraşdırılan avtomatlaşdırma prosesi və elektron kataloqla tanış olub.

Qonağa ölkəmizlə bağlı kitablar hədiyyə edilib.

azertag.az