Noyabr ayının qeyri-iş günləri elan olundu
6.10.2011

Azərbaycanda Qurban bayramı noyabrın 6-7-də qeyd olunacaq. Bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli deyib. Onun sözlərinə görə, noyabrın 6-sı bazar gününə düşdüyü üçün noyabrın 8-i qeyri-iş günü olacaq. Noyabrın 9-u isə Dövlət Bayraq Günüdür. Həmin gün də qeyri-iş günüdür.