"Azəravtoyol" ASC-nin əməkdaşları peşə bayramını qeyd ediblər
22.2.2017

Fevralın 21-də "Azəravtoyol" ASC-də avtomobil yolları işçilərinin peşə bayramı münasibətilə tədbir keçirilib.

Tədbirdə çıxış edən "Azəravtoyol" ASC-nin sədr müavini Əvəz Qocayev Səhmdar Cəmiyyəti işçilərini təltif etdiyinə, onlara göstərilən etimada görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Sədr müavini "Azəravtoyol" ASC-nin avtomobil yolları şəbəkəsinin və yol infrastrukturunun bərpası və yenidən qurulması istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Cəbrayıl rayonunun işğaldan azad edilmiş yeganə yaşayış məntəqəsi olan Cocuq Mərcanlı kəndinə gedən avtomobil yolunun tikintisinə start verilib.

Sonra "Azəravtoyol" ASC ilə fəal əməkdaşlıq edən media nümayəndələrinə diplomlar təqdim olunub.

azertag.az