İndoneziya-Azərbaycan əməkdaşlıq qrupunun rəhbəri Bakıya səfər etməyi planlaşdırır
20.2.2017

İndoneziya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dəstək vermək məqsədilə Azərbaycanla dialoqu təşviq etmək niyyətindədir.

İndoneziya KİV-inə istinadən xəbər verir ki, bu barədə İndoneziya-Azərbaycan ikitərəfli əməkdaşlıq qrupunun rəhbəri, parlamentdə Nümayəndələr Palatasının üzvü Meutya Viada Hafid bildirib.
Onun sözlərinə görə, ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi və Qarabağ münaqişəsi ətrafındakı vəziyyətlə tanış olmaq məqsədilə yaxın vaxtlarda Azərbaycana səfər etmək niyyətindədir.
Xanım parlamentari İndoneziyanın Azərbaycanla dialoq və əməkdaşlığa töhfə vermək və bununla bu münaqişəsinin həlli məsələsində beynəlxalq arenada rəsmi Bakının mövqeyini gücləndirmək niyyətindədir.

report.az