Gənc Tamaşaçılar Teatrında yeni tamaşaya ictimai baxış
17.2.2017

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kiçik səhnəsində teatrın aktrisası, Əməkdar Artist Lətifə Əliyevanın ifasında yeni tamaşaya daxili baxış keçirilib.

Teatrın mətbuat xidmətindən bildirilib ki, L.Əliyevanın 70 illiyi münasibətilə təqdim olunmuş yeni tamaşa “Vurğuna vurğun gəlin” adlanır.

Şair-dramaturq Zaməddin Ziyadoğlunun görkəmli Azərbaycan şairi Səməd Vurğunun xatirəsinə həsr etdiyi pyes əsasında hazırlanan eyniadlı tamaşanın quruluşçu rejissoru Gülnar Hacıyeva, səhnə tərtibatçısı Zəminə Elbir, musiqi tərtibatçısı Zaur Rəşidov, rejissor assistenti Günay Qasımovadır.

azertag.az