Heydər Əliyev Sarayında “Sevgilim” adlı konsert olub
16.2.2017

Heydər Əliyev Sarayında tanınmış müğənnilərin iştirakı ilə “Sevgilim” adlı konsert olub.

Saraydan bildirilib ki, konsertdə Xalq Artisti İlham Namiq Kamal, Əməkdar Artist Ədalət Şükürov, müğənnilər Niyam Səlami, Ceyla, Vüqar Əbdülov, İlqar Sahil, Könül Məmmədli, Yaşar Cəlilov, Elvin Abdullayev, Yaşar Yusub, Məryəm Şabanova, Elcan Rzayev, Taleh Yəhyayeva, Rauf, Nərmin Kərimbəyova, İlham Kərimli (rəqs), Səfa Mehdi (bədii qiraət), Röya Əliyeva (rəqs) və başqaları iştirak ediblər.

azertag.az