Azərbaycan 20 ən təhlükəsiz ölkə sırasına daxil olub
15.2.2017

Azərbaycan cinayət səviyyəsinə görən dünyanın ən təhlükəsiz ölkələri sırasında ilk iyirmiliyə daxil olub.

Bu barədə ölkələr və şəhərlər barədə ən böyük statistik məlumatların yer aldığı “Numbeo” saytına istinadən məlumat verilir.

125 ölkə arasında aparılan statistik araşdırmalar nəticəsində Azərbaycan 18-ci yerdə qərarlaşıb.

İlk onluqda Avstriya, Danimarka, Yaponiya, Belarus, Gürcüstan yer alıb.

Araşdırmaya görə, ən kriminal ölkələr Venesuela, Cənubi Afrika Respublikası, Nigeriya və Braziliya hesab olunub.

trend