“Ritm varsa həyat var”
14.2.2017

Martın 26-da Beynəlxalq Muğam Mərkəzində Əməkdar Artist Natiq Şirinovun rəhbərlik etdiyi “Natiq ritm qrupu”nun “Ritm varsa həyat var” adlı solo konserti keçiriləcək.

Muğam Mərkəzindən bildirilib ki, biletləri şəhərin kassalarında, “Asan xidmət” mərkəzlərindən və iticket.az saytından əldə etmək olar.

Konsertdə müxtəlif milli musiqi ritmləri ilə yanaşı, biri-birindən maraqlı xarici ritmlər də səslənəcək.

azertag.az