Azərbaycan İstanbulda keçiriləcək Beynəlxalq Turizm Forumunda iştirak edəcək
14.2.2017

3-cü illik Beynəlxalq Turizm Forumu fevralın 16-18-də İstanbul Konqres Mərkəzində keçiriləcək.
Üçgünlük forumda Azərbaycan da daxil olmaqla, 20 ölkənin mədəniyyət və turizm nazirlərinin iştirakı gözlənilir.
Forumda onlayn-turizmin inkişafı, siyasətin turizm sənayesinə təsiri, bu sahədə yeni tendensiyaların araşdırılması, turizmin beynəlxalq idman tədbirlərinə qatqısı, eləcə də bir sıra digər məsələlər nəzərdən keçiriləcək. Forumun turizm sahəsi üzrə menecerləri, bir sıra ölkələrdən investorları və siyasətçiləri bir araya gətirəcəyi gözlənilir.
Tədbir zamanı ən yaxşı 100 turizm şirkəti elan olunacaq. Forumun yekununda 35 kateqoriya üzrə sahənin inkişafına töhfə verdiklərinə görə, yüksək xidmət səviyyəsi olan turizm şirkətlərinə mükafatlar veriləcək.

report.az