Böyük Britaniyanın “Pianist” jurnalında Cövdət Hacıyev haqqında məqalə dərc edilib
14.2.2017

Böyük Britaniyanın “Pianist” jurnalında görkəmli bəstəkar, Azərbaycanın Xalq Artisti Cövdət Hacıyevin 100 illik yubileyi ilə əlaqədar məqalə dərc edilib.

Bu barədə məlumat “facebook” şəbəkəsinin “Jevdet Hajiyev, composer” səhifəsində yer alıb.

Xatırladaq ki, bu yaxınlarda Londonda beynəlxalq musiqi sərgisində Cövdət Hacıyevin fortepiano üçün seçilmiş əsərlərindən ibarət kitabının birinci cildinin təqdimatı olub. Görkəmli bəstəkarın 100 illik yubileyi münasibətilə Nyu-York, Bakı, Moskva, Vyana və Floridada tədbir və konsertlərin keçirilməsi nəzərdə tutulur.

azertag.az