Milli İncəsənət Muzeyinə növbəti ekskursiya
14.2.2017

Fevralın 14-də Azərbaycan Milli İncəsənət Muzeyinə növbəti ekskursiya təşkil olunacaq.

Muzeydən bildirilib ki, ekskursiyada iştirak edən qonaqlar ən gözəl rəssam, şair, yazıçı və rejissorlara ölməz sənət əsərləri yaratmaqda ilham verən sevginin möhtəşəm yaradıcı gücünü hiss edə biləcəklər. Həmçinin qonaqlar bələdçilər vasitəsilə tablo, xalça, geyim və zərif miniatürlərin hər bir detalına baxa biləcək, müxtəlif xalqların mədəniyyətində sevginin necə canlandığını dinləmək və görmək üçün unikal imkan əldə edəcəklər.

Muzeyimizin kolleksiyasında sevgi mövzusu ilə tanış olmağı arzu edənlər üçün hazırcavablıq, fərasət və cəldlik tələb edən interaktiv qaydada maraqlı kvest oyunu hazırlanıb.

Azərbaycan kinematoqrafiyasının həvəskarları ən sevilən iki filmə - “Gün keçdi”, “Təhminə və Zaur”a muzeyin rahat kino zalında baxa biləcəklər. Bundan başqa ziyarətçilər bir sıra maraqlı anların şahidi olacaq, “Əyləncəli səyahətlər” qrupundan hədiyyələr qazanacaqlar.

Tədbirə giriş biletlədir.

azertag.az